RUSİYA

Peskov: Avropa İttifaqı öz böhranı şəraitində Rusiyadan düşmən düzəldir

Aİ liderlərinin Ukraynaya 50 milyard avro məbləğində makromaliyyə yardımı ayırmaq barədə razılığı ötən cümə axşamı məlum olub.
Sputnik
BAKI, 5 fevral - Sputnik. Ukraynaya ayrılan 50 milyard avro böhran fonunda Aİ üçün kifayət qədər əhəmiyyətli məbləğdir. Bu səbəbdən Rusiyadan düşmən obrazı formalaşdırılır.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Dövlət başçısının mətbuat katibi bunu “Moskva. Kreml. Putin.” Proqramında söyləyib. Video jurnalist Pavel Zarubinin “Telegram” kanalında yayımlanıb.
Xatırladaq ki, Aİ liderlərinin Ukraynaya 50 milyard avro məbləğində makromaliyyə yardımı ayırmaq barədə razılığı ötən cümə axşamı məlum olub. Elə həmin gün Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə ayrılan vəsaitin artırılmasının vacibliyini açıqlayıb.
Rusiya parlamentinin aşağı palatasının spikeri Vyaçeslav Volodin daha sonra bildirib ki, Avropa İttifaqı liderlərinin Ukraynaya yardım ayırması ilə bağlı razılaşması onların öz ölkələri üçün böyük problemlər yaradacaq.