CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Geomaqnit qasırğası gözlənilir

Vurğulanıb ki, fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.
Sputnik
BAKI, 5 fevral — Sputnik. Bu gün geomaqnit qasırğası gözlənilir. Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bildirilib.
Qeyd edilib ki, fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksək sürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Vurğulanıb ki, fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.
Xatırladaq ki, maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Bu zaman meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlılar daha həssas olurlar. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi hallar müşahidə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.