RUSİYA

Fransa Ukraynada vətəndaşlarının ölümü ilə bağlı təhlükə barədə düşünməlidir - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ukraynada Fransa vətəndaşlarının ölümü ilə bağlı məsələni şərh edib.
Sputnik
BAKI, 5 fevral — Sputnik. Rusiya ümid edir ki, Ukraynada Fransa vətəndaşlarının ölümü ilə bağlı vəziyyət Fransa ictimaiyyətini Parisin təhlükəli siyasətinə haqq qazandırmaq barədə düşünməyə vadar edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Ümid edirik ki, baş verənlər Fransa ictimaiyyətini Ukraynadakı münaqişə ilə bağlı öz rəhbərliyinin əks-məhsuldar və təhlükəli xəttinə haqq qazandırmaq barədə daha çox düşünməyə vadar edəcək" - Ukraynada iki nəfərin ölümü və üç Fransa vətəndaşının yaralanması ilə bağlı Rusiya qarşı ittihamları şərh edən diplomat qeyd edib.

"Həmvətənlərinin ölümündən qəzəblənən Fransa liderləri onların tədarük etdikləri silahların Kiyev rejimi tərəfindən qəsdən Rusiya şəhərlərində dinc sakinləri öldürmək üçün istifadə edilməsinə arsızcasına göz yummağa üstünlük verirlər. Üstəlik, Parisdə belə bu cür vəhşiliklərə "özünümüdafiə hüququ" ilə bəraət qazandırmağa çalışıbar, əslində isə terror aktlarına da haqq qazandırıblar" - Zaxarova vurğulayıb.

Rəsmi nümayəndənin sözlərinə görə, XİN Rusiyaya qarşı "risk astanasında" olan növbəti emosional fikirlərə diqqət çəkib:
"Bu hadisənin bizə məlum olmayan konkret təfərrüatlarına varmadan deyim ki, insanların ölümü həmişə faciəvi olub. Lakin Fransa rəhbərliyi inadla Parisin digər Qərb paytaxtları ilə birlikdə 2014-cü ildən bəri Ukrayna böhranının "yetişdirilməsində" və Kiyevdəki neo-nasist rejimini səkkiz il ərzində Donbasda mülki vətəndaşlarını qətlə yetirən ölümcül rolunu tanımaqdan inadla imtina edir".
Zaxarova həmçinin qeyd edib ki, Fransa bu gün də "öldürücü silahların genişmiqyaslı tədarükü və Ukrayna əsgərlərinin təlimi də daxil olmaqla" cinayətkar Kiyev qruplaşmasının ayaqda qalmasına kömək etməkdə davam edir.
"Biz dəfələrlə demişik ki, Fransanın Ukrayna münaqişəsində artan iştirakı nəinki onun uzanmasına və daha da gərginləşməsinə səbəb olur, həm də Rusiya əleyhinə təbliğat apararaq hakimiyyətin səssiz razılığı ilə döyüş bölgəsinə muzdlu və ya könüllü olaraq göndərilən fransız vətəndaşlarının həyatını təhlükə altına qoyur" - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.