RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Yeni bombalar Ukrayna ordusunda artilleriya çatışmazlığını kompensasiya etmir

USQ kəskin silah-sursat çatışmazlığı ilə üzləşir və gələcəkdə Qərbin tədarük etdiyi artilleriya mərmiləri onlara "Rusiyadan daha sürətli atəş açmağa" imkan verməyəcək.
Sputnik
Pentaqon Kiyev rejiminə ABŞ ordusunun silahlanmasında olmayan yüksək dəqiqlikli GLSDB bombaları partiyasının təhvil verildiyini elan edib. Keçən ilki ABŞ yardımının "sadaq"ından olan bu eksperimental "oxlar" Rusiyanın atəş gücünün dəfələrlə üstünlük təşkil etdiyi, Ukrayna ordusunun isə artilleriya mərmilərinin, təyyarələrin və hava hücumundan müdafiə sistemlərinin xroniki olaraq çatışmazlığı fonunda xüsusi hərbi əməliyyat (XHƏ) zonasında güc balansını dəyişməyəcək.
ABŞ Ukraynaya GLSDB (Ground Launched Small Diameter Bomb) uçuş məsafəsi 150 km-ə qədər olan reaktiv yaylım atəş sisteminin (RYAS) mərmilərini ötürür. Bununla da Vaşinqton Rusiya ilə "son ukraynalıya qədər" proksi-müharibəsini davam etdirmək niyyətini təsdiqləyir. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bu gün xatırladıb ki, ABŞ-ın ukraynalı marionetlərinə GLSDB silah-sursatlarının tədarükü yalnız Kiyev rejiminin əzabını uzadır və Ukrayna Silahlı Qüvvələrini (USQ) yeni qurbanlar verməyə və müharibə cinayətləri törətməyə sövq edir.
Ukrayna ordusu "Boeing" və "Saab" tərəfindən 113 kq-lıq kiçik diametrli "köhnə" aviabombalardan yaradılmış yeni hibridləri, yəni aşkar olmayan gücün eksperimental "möcüzəvi silahları"nı alır. GLSDB sursatı GBU-39 "ağıllı" aviabombasından və 227 mm-lik kalibrli M26 reaktiv sürətləndiricidən ibarətdir.
Uçuş zamanı tənzimlənən bomba vasitənin stabilizatorundan (M26) ayrılır, qanadlarını açır və GPS koordinatlarından istifadə edərək hədəfə doğru yönəlir. Bu cür sursatlarla HIMARS-dan və onun analoqu olan tırtırlı M270-dən atəş edələ bilər. Hədəfə yönəltmək üçün guya radioelektron mübarizəsinin müdaxiləsinə davamlı olan GPS naviqasiya sistemindən istifadə edilir. "Excalibur" idarə olunan artilleriya mərmilərinin, HIMARS reaktiv mərmilərinin və ATACMS raketlərinin zərbələrinə XHƏ zonasında Rusiyanın uğurlu əks-hərəkət təcrübəsi Pentaqonun "kommersiya çarxları"nın xeyrinə deyil. Hətta ABŞ-ın "Foreign Affairs" jurnalı yanvarın sonunda qeyd edib: "Rusiyalılar raket sistemlərində istifadə edilən GPS yönləndirməsinə müqavimət göstərə biləcəklərini sübut ediblər".
GLSDB-nin üstünlüyü NATO ölkələrinin arsenallarında çoxlu sayda M26-nın reaktiv stabilizatorlarının olması ilə hesab edilə bilər. Bir GLSDB sursatının qiyməti HIMARS RYAS üçün adi reaktiv mərminin qiymətinin yarısı qədərdir, təxminən 50 min dollardır. Tədarükün həcmi məlum deyil.
27 dekabr 2023-cü ildə Kiyevə ABŞ-ın hərbi yardımının "yekun" paketi 250 milyon dollar təşkil edib və bu paketə NASAMS zenit raket kompleksləri (ZRK), HIMARS RYAS, artilleriya mərmiləri, "Javelin", "TOW2 və "AT-4" tank əleyhinə idarəolunan raketlər (TƏİR) üçün döyüş sursatları, həmçinin 15 milyon atıcı silah üçün patronlar da daxildir.
Yüksək dəqiqlikli "fırıldaq"
GLSDB-nin təhlükəsiz istifadəsi üçün çox güman ki, USQ buraxılış qurğularının cəbhə xəttindən təxminən 50 km məsafədə yerləşdiriləcək və bu da döyüş effektivliyini əhəmiyyətli dərəcədə azaldacaq (100 km-ə qədər). GLSDB-nin uçuş sürəti standart reaktiv məmilərdən xeyli zəifdir və bu, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin – "Buk-M2", "Buk-M3", "Tor" ZRK-lərin və "Pantsir-S1" zenith raket-top kompleks (ZRTK) sistemlərinin vəzifələrini asanlaşdırır. NATO-nun "Valkiriyalarına" qarşı mübarizə taktikası artıq işlənib hazırlanıb.
Başqa bir şey daha vacibdir. Müxtəlif səbəblərdən Pentaqon və NATO-nun silahlanmasına qəbul edilməyən Qərb sistemlərinin Ukraynaya eksperimental tədarük edilməsi ("IRIS-T" ZRK, GLSDB və s.) üzərində təcrübə aparılan və qul kimi ukraynalı marionetlərinə olan Qərbin dərin nifrətini əks etdirir. Eyni zamanda, ABŞ və alyans Ukrayna Silahlı Qüvvələrinin artilleriya qıtlığını və hava hücumundan müdafiə sistemlərinin məhvinə görə silah-sursat çatışmazlığını kompensasiya etmir. NATO ölkələrinin vəd etdiyi silah və sursat həcmləri Ukrayna ordusunun ehtiyaclarından xeyli geri qalır və bu vədlər yerinə yetirilmir.
"Business Insider" portalı qeyd edir ki, USQ kəskin silah-sursat çatışmazlığı ilə üzləşir və gələcəkdə Qərbin tədarük etdiyi artilleriya mərmiləri onlara "Rusiyadan daha sürətlə atəş açmağa" imkan verməyəcək. Qərbin hesablamalarına görə, Ukrayna Silahlı Qüvvələri gündə cəmi 2000 artilleriya atışı atır, XHƏ zonasında Rusiya artilleriyaçıları gündə ən azı 10.000 mərmi sərf edirlər və "Moskvanın sürətli atışı" durmadan artır. Zərbə endirən pilotsuz uçuş aparatları (PUA, dron) və ya reaktiv GLSDB-lər heç vaxt Ukrayna Silahlı Qüvvələrinin artilleriya deqradasiyasını kompensasiya etməyəcək. ABŞ-ın Ukraynaya hərbi yardımının olması qeyri-müəyyən olaraq qalır, maliyyələşdirmə ABŞ Konqresi tərəfindən bloklanır. Dörd il müddətinə verilən 50 milyard avroluq Avropa İttifaqının (Aİ) yardımı operativ və effektli deyil.
Avropa diplomatiyasının rəhbəri Josep Borrell bu yaxınlarda bildirib ki, 2023-cü ilin martından 2024-cü ilin yanvarına qədər Ukrayna Aİ ölkələrindən 300 mindən çox artilleriya mərmisi alıb, yaza qədər daha 200 min artilleriya mərmisi onlara veriləcək və silah-sursatlarının ümumi miqdarı yarım milyondan çox - əvvəllər vəd ediləndən iki dəfə az olacaq. ABŞ və NATO iki ildir ki, silah və sursat istehsalını əhəmiyyətli dərəcədə artıra bilmir və buna görə heç də narahat olmurlar. Məlum olub ki, Moskvada iqtisadi sanksiyalar təsirsizdir və müdafiə sənayesi sahəsində Rusiyanı ötmək mümkün deyil. Ukraynalılar isə "hegemonluğu" qoruyub saxlamaq uğrunda mübarizədə kollektiv Qərbin sadəcə istifadə olunan materialıdır. Bəziləri bitdikdə, digər asılı (üzərində təcrübə aparılan) ölkələr və xalqlar tapılacaq. "Bloomberg" agentliyi qeyd edir ki, Rusiya qoşunları silahlanma üzrə Ukrayna Silahlı Qüvvələrindən üç dəfə üstündür. Ukrayna ordusu üçün cəbhədəki vəziyyət onların tərifinə görə "getdikcə daha dəhşətli" olur, lakin ən pis hal qarşıdadır.