SƏHİYYƏ

Yalnızlığın həyat üçün təhlükəli nəticələri üzə çıxıb

Tənhalığın siqaret və ya piylənmə kimi təhlükəli olduğu ortaya çıxıb.
Sputnik
BAKI, 4 fevral — Sputnik. Alimlər tənhalığı siqaret və piylənmə kimi sağlamlıq təhlükələri ilə eyni sıraya qoyublar.
Bunu Harvarddan olan mütəxəssislərin araşdırması sübut edib.
Məlum olub ki, yaxınlar arasındakı münasibətlərin keyfiyyəti uzunömürlülük və xoşbəxtlik üçün əsas amildir.
1938-ci ildə 724 iştirakçı ilə başlayan tədqiqat 85 il davam edib və sonunda 1300 nəfər nəsil artımı ilə bitib. Təcrübədə iştirak etməyə razılıq verən insanların səhhəti iki ildən bir yoxlanılıb. Eyni zamanda, onlar orta ömür uzunluğuna təsir edən amilləri müəyyən edən sualları cavablandırıblar.
Nəticələr göstərib ki, şəxsi münasibətlərin keyfiyyəti sağlamlıq vəziyyəti ilə birbaşa əlaqəlidir. Bir insanın bu məsələdə məmnunluğu 80 yaşına qədər firavan həyat tərzini proqnozlaşdırmağa imkan verir. Eyni zamanda, tənhalığın siqaret və ya piylənmə kimi təhlükəli olduğu ortaya çıxıb.
Alimlərin fikrincə, uğurlu şəxsiyyətlərarası münasibətlər stressin aşağı səviyyəsini təmin edir, həmçinin onun fiziologiyaya təsirini azaldır. Eyni zamanda, xroniki xəstəliklərin riski azalır.