BAKI, 4 fevral - Sputnik. Ticarət zamanı kakao paxlasının qiyməti son 46 ildə ən yüksək həddə çatıb.
“MarketWatch” bu barədə yazıb.
“Londonun ICE” birjasında bir ton kakao paxlasının qiyməti 5009 dollara qədər artıb” – materialda belə deyilir.
“Dow Jones”a görə, bu, 1977-ci ilin iyulundan bəri ən yüksək qiymətdir.
Bahalaşmaya səbəb kimi Qərbi Afrikada məhsulun zəif olması göstərilir. Təchizat həcmi məhdud olaraq qalır, üstəlik, ekspertlər hasilatın azalacağını gözləyirlər.
"Qərbi Afrikadan kakao paxlasının əlçatanlığı məhdud olaraq qalır. Gələn il üçün tələbata nisbətən istehsalda növbəti defisit üçün proqnozlar isə artır" - “The Price Futures Group” maliyyə xidmətləri firmasının vitse-prezidenti Jack Scoville belə deyib.
Onun sözlərinə görə, bu cür proqnozların səbəblərindən biri Qərbi Afrikanın məhsulunu təhdid edən El Nino iqlim fenomeni olub. Söhbət isti və quru havadan gedir.