SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN: Ermənistanın basdırdığı minalar təhlükəsi aktualdır

Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur.
Sputnik
BAKI, 4 fevral - Sputnik. Ermənistan tərəfindən yerləşdirilmiş minaların təhlükəsi həmişə olduğu kimi aktualdır.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edilib.
“Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur.
Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib”, - paylaşımda qeyd edilir.
Bildirilir ki, 2020-ci ilin noyabr ayından bu günədək 343 nəfər mina partlayışının qurbanı olub.
Xatırladaq ki, 2024-cü il 4 fevral tarixində Tərtər rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baş verib.
Keçmiş təmas xətti ərazisində baş verən mina hadisəsi zamanı Tərtər rayon Qaradağlı kənd sakini 2001-ci il təvvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu zərərçəkib.
Minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.