BAKI, 3 fevral — Sputnik. Fevralın 3-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Fevralın 3-də kimlər dünyaya gəlib?
Ceyhun Hacıbəyli (1891 - 1962) - Azərbaycan publisisti və ictimai xadimdir. O, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin qardaşıdır. Ceyhun Azərbaycan tarixinə, Azərbaycan dilinə və ədəbiyyatına həsr olunmuş bir çox povest və hekayələrin, elmi əsərlərin və məqalələrin müəllifidir.
Fevralın 3-də dünyada baş verən tarixi hadisələr
1637-ci ildə Hollandiyada zanbağın soğanlarına olan tələbin qısamüddətli artması nəticəsində zanbaq həyəcanı baş verib. Bu həyacanda satıcıların sayı alıcıların sayından çoxalmağa başlayıb. Nəticədə çaxnaşma yaranır və cəmi bir gecədə minlərlə hollandiyalı müflisləşir.
1958-ci ildə Belçika, Hollandiya və Lüksemburq Haaqada üç ölkənin parlamentləri tərəfindən ratifikasiya edildikdən sonra 1960-cı il noyabrın 1-də qüvvəyə minən iqtisadi birliyin yaradılması haqqında müqavilə bağlayıblar.
1959-cu ildə Ayova ştatında təyyarə qəzası nəticəsində rok-n-roll ulduzları Riçi Valens, Biq Bopper və Baddi Holli həlak olublar. Onların ölüm günü tarixə "Musiqinin öldüyü gün" kimi qeyd edilib.
2004-cü ildə Bakıda "Gülüstan" Sarayında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi layihəsinin maliyyələşdirilməsinə dair dörd sənədin imzalanması mərasimi keçirilib.