BAKI, 3 fevral — Sputnik. Rusiya valyuta ehtiyatlarının mənimsənilməsinə cavab olaraq Qərbin aktivlərini müsadirə edə bilər.
Bu sözləri sabiq ABŞ Prezidenti Ronald Reyqanın müşaviri olmuş Daq Bendou "American Conservative" üçün yazdığı məqalədə deyib.
Ekspertin fikrincə, praktikada Moskva ABŞ və Avropanın aktivlərini müsadirə etməklə "Qərbdən qisas ala" bilər.
Bununla yanaşı, Bendou qeyd edib ki, ABŞ və müttəfiqləri Rusiya Federasiyası ərazisində öz investisiyalarını itirməklə yanaşı, digər ölkələri Qərb maliyyə sisteminə alternativlər axtarmağa sövq etmək riskini daşıyırlar.
"Qərbin Rusiya aktivlərini müsadirə etmək planı inandırıcı deyil" - Reyqanın keçmiş müşaviri sözünü yekunlaşdırıb.
Ekspert, həmçinin vurğulayıb ki, Moskva Rusiya tərəfi ilə bütün razılaşmalara zidd olaraq NATO-nun genişlənməsinə görə kompensasiya almaq hüququna malikdir, çünki onu "qəzəbləndiriblər və xəyanət ediblər".
Bundan əvvəl RF Xarici İşlər Nazirliyi onu da vurğulamışdı ki, Rusiya Qərb ölkələrinin Rusiyanın daşınmaz əmlakını və aktivlərini müsadirə etmək cəhdlərinə adekvat və effektiv cavab verəcək.