RUSİYA

Kiyevə 50 milyard avro ayırmaq qərarı Aİ-yə problemlər yaradacaq – Volodin

Vyaçeslav Volodin Aİ və ona üzv olan ölkələrin rəhbərliyinin hərəkətlərini məsuliyyətsiz adlandırıb və Avropada daxili problemləri həll etmək istəyən siyasətçilərin hakimiyyətə gəlişinin qaçılmaz olduğunu bəyan edib.
Sputnik
BAKI, 3 fevral - Sputnik. Avropa İttifaqı liderlərinin Ukraynaya 50 milyard avro məbləğində yardım ayırması ilə bağlı razılaşması onların ölkələri üçün böyük problemlər yaradacaq.
Rusiya parlamentinin aşağı palatasının spikeri Vyaçeslav Volodin özünün “Teleqram” kanalında bu barədə xəbərdarlıq edib.
“Avropa İttifaqının liderləri Kiyevdəki nasist rejiminə 50 milyard avro ayırmağa qərar verərək, öz ölkələrini daha böyük problemlərə məhkum ediblər. Bu, Avropa Birliyində siyasi prosesləri hərəkətə gətirəcək tətikdir” – siyasətçi yazıb.
Onun sözlərinə görə, Aİ büdcəsindən vəsaitlərin yığılmış daxili problemlərin həllinə deyil, Kiyevi dəstəkləməyə yönəldilməsi Avropa ölkələrinin əhalisinin onların hakimiyyətindən narazılığını artırmaqla hədələyir.
Volodin qeyd edib ki, bu ölkə sakinlərinin 76%-i artıq Almaniya Nazirlər Kabinetinin siyasətindən narazıdır. Dövlət Dumasının spikeri Fransa prezidentinin reytinqinin 24%-ə düşdüyünü də qeyd edib.
Vyaçeslav Volodin Aİ və ona üzv olan ölkələrin rəhbərliyinin hərəkətlərini məsuliyyətsiz adlandırıb və Avropada daxili problemləri həll etmək istəyən siyasətçilərin hakimiyyətə gəlişinin qaçılmaz olduğunu bəyan edib.
Xatırladaq ki, Aİ liderlərinin Ukraynaya 50 milyard avro məbləğində makromaliyyə yardımı ayırmaq barədə razılığı ötən cümə axşamı məlum olub. Elə həmin gün Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə ayrılan vəsaitin artırılmasının vacibliyini açıqlayıb.
Alman iqtisadçı Ayke Hamerin fikrincə, Aİ öz hakimiyyətinin siyasətindən yorulub. Avropa elitasının Ukrayna tərəfində çıxışı əhalini qıcıqlandırır.