Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılıb

Hazırda faktla bağlı araşdırma aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir.
Sputnik
BAKI, 3 fevral - Sputnik. Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılıb.
“Report” məlumatlı mənbəyə istinadən xəbər verir ki, Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.
Müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib.
Hazırda faktla bağlı araşdırma aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir.