DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT ABŞ-ın İraq və Suriyaya hava zərbələri endirməsindən narahatdır

BMT rəhbəri münaqişənin genişlənəcəyi təqdirdə mümkün insan və iqtisadi itkiləri nəzərə almağa çağırıb.
Sputnik
BAKI, 3 fevral - Sputnik. BMT-nin baş katibi Antoniu Quterreş ABŞ-ın İraq və Suriyaya endirdiyi hava zərbələrindən sonra Yaxın Şərqdə münaqişənin mümkün kəskinləşməsindən ehtiyat edir.
“Report” xəbər verir ki, bu sözləri dünya təşkilatının rəhbərinin nümayəndəsi Stefan Düjarrik deyib.
Onun sözlərinə görə, Quterreş münaqişənin bütün tərəflərini beynəlxalq gərginliyi azaltmaq üçün səy göstərməyə çağırıb.
“Baş katib eskalasiya risklərindən narahatdır. O, bütün tərəfləri gərginliyi azaltmaq üçün konkret tədbirlər görməyə çağırır”.
BMT rəhbəri həmçinin münaqişənin genişlənəcəyi təqdirdə mümkün insan və iqtisadi itkiləri nəzərə almağa çağırıb.
DÜNYA XƏBƏRLƏRİ
Bayden: ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara başlayıb