NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

ABŞ-da Baydenin MTQ ixracına qadağası Putinə kömək adlandırıldı

Senator Ted Kruzun fikrincə, bu qərar Avropanı Rusiyadan qaz almağa və ABŞ sakinlərini işsiz qoymağa məcbur edəcək.
Sputnik
BAKI, 3 fevral - Sputnik. ABŞ Prezidenti Co Baydenin mayeləşdirilmiş təbii qazın (MTQ) xaricə ixracını qadağan etmək qərarı Rusiya və onun Prezidenti Vladimir Putinə çox sərf edib.
“Fox News” Texasdan respublikaçı senator Ted Kruza istinadən bunu xəbər verib.
“Co Bayden nə etdi? O, “Co Baydendən Vladimir Putinə subsidiya” dediyim şeyi elan etdi, gələcək MTQ ixracını əngəllədi” - Kruz bildirib.
Senatorun fikrincə, bu qərar Avropanı Rusiyadan qaz almağa və ABŞ sakinlərini işsiz qoymağa məcbur edəcək. Kruz tədbiri “Baydenin zəifliyi” adlandırıb.
Bayden, daha əvvəl bildirildiyi kimi, iqlim dəyişikliyi ilə bağlı vəziyyətə görə xaricə mayeləşdirilmiş təbii qazın ixracı üçün yeni müqavilələrin təsdiqlənməsini müvəqqəti dayandırdığını elan edib. Bu qərar siyasətçilərin hiddətinə səbəb olub.
Daha əvvəl Avropanın ABŞ-ın MTQ-dən artan asılılığının riskli hala gəldiyi bildirilmişdi. Xatırladaq ki, ABŞ-dan tədarüklər Avropanın MTQ idxalının, təxminən yarısını təşkil edir.