DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenskinin Zalujnı ilə söhbəti Amerika mediasına necə ayaq açıb?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna rəsmilərinin şəxsi söhbətlərinin xaricə sızmasının yollarını izah edib.
Sputnik
BAKI, 2 fevral — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə Ukrayna lideri Vladimir Zelenski arasındakı şəxsi söhbətin yayılması təəccüblüdür.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Bu söhbətin təfərrüatlarını Amerikanın "The Washington Post" nəşri təqdim edib. Jurnalistlərin əldə etdikləri məlumata görə, Ukraynanın hərbi lideri dövlət başçısına başa salıb ki, istefasından sonra döyüş meydanında vəziyyətin yaxşılaşması ehtimalı azdır. Həmçinin bildirilib ki, Zelenski söhbət zamanı baş komandana onun tezliklə istefaya göndəriləcəyi barədə məlumat verib.
Mariya Zaxarovanın sözlərinə görə, ABŞ-ın Zelenskinin Zalujnı ilə söhbətinin təfərrüatlarını necə öyrənə biləcəyinin üç variantı var.
"Variantlar: A. Söhbətin şahidləri amerikalıları məlumatlandırırlar. B. Söhbət iştirakçıları amerikalılara məlumat verirlər. C. Amerikalılar söhbətin iştirakçılarını dinləyirlər" - xarici siyasət idarəsinin nümayəndəsi özünün "Telegram" kanalında belə yazıb.
Bundan əvvəl "Die Welt" yazıb ki, Ukrayna lideri Vladimir Zelenski Zalujnını axmaqlığına görə işdən çıxarmaq istəyir. Jurnalistlərin yazdığına görə, Ukrayna prezidenti Ukrayna Silahlı Qüvvələrinin baş komandanının artan reytinqini təhlükə kimi qəbul edir.