BAKI, 2 fevral — Sputnik. İnsanların dəstəyi və hazırkı hadisələrə vahid münasibət birlikdən, qələbənin təminatından xəbər verir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Rusiyanın birliyinin sübutu - çoxmillətli, çoxşaxəli, çoxdinli - cari hadisələrə vahid münasibət, gələcəyə qayğıdır. Bunda Rusiyanın qələbəsini tamamilə təmin edən bir şey var"- Putin "Hər şey Qələbə üçün" forumunun iştirakçıları ilə görüşdə deyib.
Putin bildirib ki, ABŞ və Avropadan fərqli olaraq Rusiya iqitsadiyyatı müsbət dinamika nümayiş etdirir.
Rusiya prezidentinin fikrincə, Rusiya tezliklə hərbi ehtiyatları artırmaq üçün müdafiə müəssisələrinin işini yenidən gücləndirəcək.
Dövlət başçısı müdafiə müəssisələrinin mülki təyinatlı məhsulların istehsalını il yarım ərzində 27 faiz artırmasına diqqət çəkərək, bunu lazım gələrsə, cəbhə xəttinə silah vermək üçün etdiklərini vurğulayıb:
"Bu, çox yaxşı göstəricidir. Biz ehtiyat yaratmalıyıq, döyüş əməliyyatları zamanı istifadə olunanları bərpa etməliyik. Biz istehsalın mülki hissəsinin inkişafı ilə bağlı bütün təşəbbüsləri güclü şəkildə dəstəkləyəcəyik".
Putin müdafiə kompleksinə daxil olan müəssisələrin yüksək istehsal qabiliyyətinə və yüksək texnologiyaya malik müəssisələr olduğuna diqqət çəkib.
"Onlara sifarişlər veriləcək, buna heç bir şübhə yoxdur" - dövlət başçısı fikirlərini yekunlaşdırıb.