BAKI, 1 fevral - Sputnik. Rusiya öz nüvə silahını başqa ölkələrin ərazisində yerləşdirməyi planlaşdırmır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, Rusiyanın Belarusda nüvə silahı yerləşdirərkən maksimum məsuliyyət nümayiş etdirdiyini söyləyib.
Rusiya XİN başçısının müavini BRİCS çərçivəsində əməkdaşlıqdan da danışıb. Qeyd edib ki, BRİCS ölkələrinin nümayəndələri ilə Moskvada keçirilən görüşdə Rusiyanı qrupa sədrlik planlarına dəstək verəcəyinə əminlik ifadə ediblər.
Diplomatın sözlərinə görə, Rusiya dost dövlətlər arasında BRİCS-də əməkdaşlığın inkişafına artan marağı görür.