RUSİYA

BMT məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddialarını rədd edib

Rusiya XİN-in qeydinə görə, BMT məhkəməsi Kiyevin göstərişinə əməl etməyib və Rusiyanı "təcavüzkar dövlət", "DXR" və "LXR"i isə "terror təşkilatı" kimi tanımaqdan əsaslı şəkildə imtina edib.
Sputnik
BAKI, 1 fevral — Sputnik. Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Krımda irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya və Donbassda Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyaya əsasən Rusiyaya qarşı iddialarının əksəriyyətini rədd edərək, yalnız bir müddəanın pozulmasını tanıyıb. Bu barədə çərşənbə günü məhkəmə sədri Coan Donoqu bildirib.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, BMT məhkəməsi Kiyevin göstərişinə əməl etməyib və Rusiyanı "təcavüzkar dövlət", "DXR" və "LXR"i isə "terror təşkilatı" kimi tanımaqdan əsaslı şəkildə imtina edib.
Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin bildirib ki, Ukrayna siyasətçiləri Rusiyada Krım tatarlarına və ukraynalılara qarşı ayrı-seçkiliyin olmadığını bəyan edən qrəarı ilə Beynəlxalq Ədalət Məhkəməsindən güclüsillə alıb və təzminat da rədd edilib.
Məhkəmə mahiyyətcə Krım tatarlarının etnik zəmində "təqib edilməsi" ilə bağlı Rusiyaya qarşı bütün iddiaları rədd etdi. Karasin əlavə edib ki, Rusiyanın Krımda Krım tatarları və ukraynalıların "qətlləri" və "oğurlanması"nda əli olması ilə bağlı ittihamlar rədd edilib.