CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt yolunda yaradılan avtobus zolaqları tıxacları artırıb – Deputat

H.Babaoğlu bildirib ki, Bakı-Sumqayıt yolunda yaradılan avtobus zolaqları tıxacları artırıb, avtobuslar gecikir, çəkilən zolaqlar faydalı nəticə verməyib.
Sputnik
BAKI, 1 fevral — Sputnik. "Bakı-Sumqayıt yolunda yaradılan avtobus zolaqları effektiv olmaq əvəzinə əlavə problemlər yaradıb".
Bunu deputat Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
H.Babaoğlu bildirib ki, Bakı-Sumqayıt yolunda yaradılan avtobus zolaqları tıxacları artırıb, avtobuslar gecikir, çəkilən zolaqlar faydalı nəticə verməyib.
"Digər tərəfdən, velosiped zolaqları ilə bağlı da çatışmazlıqlar mövcuddur. Zolaqlar bir tərəfdən avtomobillərin hərəkətinə problem yaradır, digər tərəfdən isə velosipeddən istifadə edən şəxslərin təhlükəsizliyi heç də tam təmin olunmur. Yollarımızda əsaslı yenidən qurma işləri aparılmadan bu yenilikləri tətbiq etmək faydalı deyil. Gələcəkdə avtomobil yollarının idarə olunması ilə bağlı bizə yeni qanun lazımdır" – deputat əlavə edib.
Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakı-Sumqayıt yolunda xüsusi zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 22-24 dəqiqə qısalıb.
Qeyd edək ki, avtobus zolağına daxil olan minik avtomobillərinin sürücüləri 40 manat məbləğində cərimə edilirlər.