ELM

ABŞ-da süni intellekt dövrünə hazır olmadıqlarını etiraf ediblər

ABŞ prezidentliyinə keçmiş namizəd və filantrop Endryu Yanq deyib ki, süni intellekt dramatik dəyişiklikləri müşayiət edəcək, lakin Amerika buna hazır deyil.
Sputnik
BAKI, 1 fevral — Sputnik. ABŞ prezidentliyinə keçmiş namizəd və filantrop Endryu Yanq ABŞ-ın süni intellektin (Sİ) təsirinə hazır olmadığını bildirib.
Bu barədə Rusiya mediası onun “Fox News”a verdiyi müsahibəsinə istinadən xəbər verib.
“Süni intellekt həddindən çox güclü texnologiya və alətlər dəstidir. Bu alətlərdə müsbət və ya mənfi heç nə yoxdur, lakin alətlərin necə istifadə oluna biləcəyi ilə bağlı müsbət və mənfi tərəflər də var. Süni intellekt dramatik dəyişiklikləri müşayiət edəcək. Bizim qurumlarımız heç bir şəkildə buna hazır deyillər” - Yanq bildirib.
Bundan əvvəl “Microsoft”un yaradıcısı Bill Qeyts süni intellekti proqramçılar üçün faydalı olduğunu adlandırıb.