BAKI, 31 yanvar — Sputnik. Əgər kimsə NATO ilə yaxınlıq istəyirsə, o zaman bunun təhlükəsizliyi barədə düşünməlidir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO baş katibinin xüsusi nümayəndəsinin bəyanatını şərh edərkən bildirib.
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "Armenpress"ə müsahibəsində bildirib ki, Ermənistanın xarici və müdafiə siyasətini NATO-ya doğru dəyişməsi alyansı çox ruhlandırır.
"Əgər kimsə NATO ilə yaxınlıq istəyirsə, o zaman bunun təhlükəsizliyi və nəyə gətirib çıxara biləcəyi barədə düşməlidir", - Zaxarova deyib.
Onun sözlərinə görə, bir çox dövlətlər münaqişələrə qarışmış, müstəqilliklərini itirmiş, başqalarının iradəsinə tabe olmağa məcbur olmuş və öz milli maraqlarını müdafiə edə bilməmişlər.
Rusiyalı diplomatın qeyd edib ki, Ermənistan bütün bu məlumatları təhlil etməli, xəritəni açmalı və görməlidir ki, hansı regionda yerləşib, kimlər tərəfindən əhatə olunub.
"Bütün bunları təhlil edilməli və Ermənistanın milli maraqlarının nədən ibarət olduğu başa düşülməlidir. Bunun nə faydası var?", - Zaxarova bildirib.
Qeyd edək ki, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina da Alyansın Ermənistanla daha çox yaxınlaşmaq istədiyini bildirərək, bu ölkənin NATO ilə son illər siyasi və praktiki olaraq əməkdaşlığı intensivləşdirməyə qərar verdiyini bildirib.