BAKI, 31 yanvar — Sputnik. BVF-nin Rusiyanın iqtisadi artımı ilə bağlı düzəlişləri maraqlı məlumatdır.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın, hökumətin və beynəlxalq strukturların proqnozları fərqlidir.
"Buna görə də, bu onu göstərir ki, deyək ki, hazırda proqnozlaşdırma potensialı nisbətən daralıb" deyən Peskov bunun "maraqsız olmadığını" əlavə edib.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) 2024-cü il üçün Rusiyanın iqtisadi artımı ilə bağlı proqnozunu 2,6%-ə qədər artırdığı hesabatını dərc edib. Proqnozun yaxşılaşması 2023-cü ildə Rusiya Federasiyasında yüksək hərbi xərclər və artan özəl sektor istehlakı fonunda ÜDM-in gözləniləndən daha güclü artımı ilə izah olunub.