BAKI, 31 yanvar — Sputnik. Dollar mövcud və ya potensial silah kimi Qərb tərəfindən siyasi problemlərin həlli üçün istifadə olunur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS ölkələrinin şerp/su-şerplərinin Moskvada keçirilən ilk iclası çərçivəsində keçirilən sessiyada deyib.
"Dollar, təbii ki, hamı üçün, mənim fikrimcə, siyasi problemlərin həllindən ötrü Qərbin ya aktiv, ya da potensial silahıdır" - Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
O vurğulayıb ki, dollar və beynəlxalq maliyyə qurumlarının qrantları "məcburiyyət aləti kimi" fəal şəkildə istifadə olunur.
"Birtərəfli sanksiyalar ilk növbədə Asiya, Afrika və Latın Amerikası ölkələrində qurulmuş rahat, səmərəli istehsal və təchizat zəncirlərini sarsıdır, ilk növbədə Asiya, Afrika və Latın Amerikasında onların inkişaf perspektivlərinə xələl gətirir. Nəticədə geniş humanitar əməkdaşlıq əvəzinə mədəniyyəti ləğv etmək toxumları səpilir" - Lavrov fikrini bildirib.