RUSİYA

Lavrov: BRİKS diktatura yaratmaq üçün genişlənmir

Lavrov qeyd edib ki, yeni BRİKS üzvlərinin Assosiasiyanın fəaliyyətinə rahat daxil olmasına xüsusi diqqət yetiriləcək.
Sputnik
BAKI, 31 yanvar — Sputnik. BRİKS-in genişləndirilməsi dünya əksəriyyətinin diktaturasının yaradılması məqsədli deyil.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya nümayəndəliyi çərçivəsində Assosiasiya ölkələrinin şerp/su-şerplərinin ilk iclasında bildirib.
"Bütün hərəkətlərimizdə və bəyannamələrimizdə bütün ölkələr [BRİKS üzvləri] həmişə vurğulayırlar ki, biz hər an dürüst bərabərhüquqlu dialoq üçün açığıq" - "RİA Novosti" rusiyalı nazirdən sitat gətirib.
Lavrov qeyd edib ki, yeni BRİKS üzvlərinin Assosiasiyanın fəaliyyətinə rahat daxil olmasına xüsusi diqqət yetiriləcək.
Daha əvvəl Cənubi Afrikanın BRİKS-dəki səfiri Anil Suklal qeyd etmişdi ki, getdikcə daha çox inkişaf etmiş ölkələr və qlobal Şimal dövlətləri ittifaqa maraq göstərirlər.