BAKI, 31 yanvar — Sputnik. "Hazırda dövriyyədə olan dollarların köhnəsi və təzəsi yoxdur".
Bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
"Köhnə və təzə dollar bizim bazarımızda dolların kağızının rənginə və istehsal ilinə görə təsnifləşdirilir. Halbuki, istehsalı 2006-ci ilədək olan dollarlar və 2006-ci ildən sonra olan dollarlar rahat dövriyyə olunurlar və onların qəbulunda heç bir problem yoxdur. Kimsə bu məsələni qaldırıb deyə, əhali banklardan bu dollarları almır. Əhali bu dollarları almadığına görə həmin pullar bankda qalır. Banklar da bu pulları xaricə göndərir və xaricdən yenidən pullar sifariş edir. Bu prosesdə banklar müəyyən komissiya ödəyirlər" - Taleh Kazımov əlavə edib.