"Təkcə Çindən deyil, digər ölkələrdən də idxalın həcmi artıb. Azərbaycanın Çindən idxalında artımın səviyyəsi daha yüksəkdir. Bu, onunla bağlıdır ki, ötən il Azərbaycan qeyri-qida məhsullarının idxalını artırıb. İdxalın strukturunda qeyri-ərzaq məhsullarının payı kifayət qədər çoxdur. Bunun əsas səbəblərindən biri ölkəmizdə qeyri-ərzaq məhsullarına tələbin yüksəlməsidir. Digər səbəb isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və yenidənqurma işləri ilə bağlı olaraq qeyri-qida məhsullarının idxalının artmasıdır. Çünki bərpa və yenidənqurma prosesində bir sıra idxal olunan mallara ehtiyac yaranır. Bu da ümumi idxalımıza təsir göstərir."
"Keçən il ölkəmizin ümumi idxalında Çin ikinci yerə yüksəlib. Adətən Çin Azərbaycanın məhsul idxal etdiyi ölkələr arasında ilk üçlükdə yer alır. Çindən idxalın artmasının səbəbi Azərbaycan sahibkarları ilə Çin sahibkarları arasında əməkdaşlığın genişlənməsidir. Çinin yeni texnologiya sahəsində dünyada rolu artır. Sahibkarlar Avropadan avadanlıqları dəfələrlə baha almaqdansa, getdikcə Çindən daha çox almağa üstünlük verirlər. Azərbaycanda yerli istehsal üçün Çindən yarımfabrikatlar, aksesuarlar, avadanlıqlar gətirilir".
"Ötən il Çinə qida, içki məhsulları və xalçaların ixracı üzrə 2,1 milyon dollar dəyərində 7 müqavilə imzalanıb", Yusif Abdullayev vurğulayıb.