SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycandakı seçkilərlə bağlı Rusiyanın üç şəhərində seçki məntəqələri açılacaq

Səsvermədə 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Sputnik
BAKI, 31 yanvar - Sputnik. Azərbaycandakı növbədənkənar prezident seçkiləri ilə bağlı Rusiya Federasiyasının üç şəhərində seçki məntəqələri açılacaq. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Prezident seçkiləri ilə əlaqədar səfirliyin Telegram kanalında bildiriş yerləşdirilib. Rusiya Federasiyası ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə çatıdırılıb ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcək və bununla bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı Baş Konsulluqlarda seçki məntəqələri açılacaq.
Səsvermədə 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan Respublikası vətəndaşının etibarlı pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Prezident seçkiləri dövründə Rusiya Federasiyasına səfər etməyi planlaşdıran və səsvermədə iştirak etmək istəyən vətəndaşlardan da qeyd olunan sənədləri üzərində götürmələri xahiş olunur. Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq. Seçki məntəqələrinin ünvanları: Moskva şəhəri, Voznesenski döngəsi15 Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi 27 Yekaterinburq şəhəri, Karl Liebknext küçəsi 5.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1.Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2.Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3.Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4.Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5.Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6.Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev,
7.Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
27.01.24
Rusiyada yaşayan azərbaycanlılar Moskva, Sankt-Peterburq və Yekaterinburqda respublikanın prezident seçkilərində səs verə biləcəklər. Bu barədə TASS-a müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu danışıb.

“Qeyd edək ki, Moskvadan başqa baş konsulluqlarımızın yerləşdiyi Sankt-Peterburq və Yekaterinburqda da seçki məntəqələri açılacaq. Əminliklə deyə bilərəm ki, vətəndaşlarımızın Rusiyada səsvermədə iştirakı üçün bütün lazımi şərait yaradılacaq” - səfir bildirib.

Diplomat vurğulayıb ki, səfirlik artıq Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinə hazırdır:
“Qeyd etmək istərdim ki, Moskvada işlədiyim uzun illər ərzində bu, səfirliyimizdə təşkil olunan ilk seçki deyil, ona görə də təcrübəm var. Amma bu dəfə Rusiyada yaşayan vətəndaşlarımızdan böyük həvəs görürəm”.

“Artıq vətəndaşların siyahıları tərtib olunub, məntəqə seçki komissiyaları formalaşdırılıb, beynəlxalq müşahidəçilərin və KİV nümayəndələrinin akkreditasiyası prosesi gedir. Bununla yanaşı, səsvermə ilə bağlı texniki və təşkilati işlər aparılır. Bildiyiniz kimi, Rusiya Federasiyasının müxtəlif regionlarında çoxlu sayda Azərbaycan Respublikası vətəndaşı yaşayır” - səfir deyib.

Azərbaycanda prezident seçkiləri fevralın 7-nə təyin edilib. Respublikanın rəhbəri postu uğrunda hazırkı dövlət başçısı İlham Əliyev də daxil olmaqla 7 namizəd mübarizə aparır. Onlardan beşinin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb, ikisi isə özünün namizədliyidir. Azərbaycan Prezidenti yeddi il müddətinə seçilir, müddətlərin sayında heç bir məhdudiyyət yoxdur. Azərbaycanda sonuncu prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.