İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı bu il ölkədə nə qədər iqtisadi artım proqnozlaşdırır?

Taleh Kazımov bildirib ki, ölkədə strateji valyuta ehtiyatı 17% artaraq 66,5 mlrd. dollara çatıb. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında isə 29,1% artım müşahidə olunub.
Sputnik
BAKI, 31 yanvar — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə 3,5% civarında iqtisadi artım proqnozlaşdırır.
Bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
"2025-ci ildə ÜDM-in artım proqnozunu 3-4% həcmində müəyyən etmişik" - AMB sədri əlavə edib.
O bildirib ki, ölkədə strateji valyuta ehtiyatı 17% artaraq 66,5 mlrd. dollara çatıb. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında isə 29,1% artım müşahidə olunub.