BAKI, 31 yanvar — Sputnik. Vaşinqton Rusiyanı beynəlxalq oyunlardan kənarlaşdırmaq cəhdlərini gizlətmir, lakin Moskva Rusiya idmançılarının maraqlarını müdafiə etməyə davam edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi kollektiv Qərbin idman mövzusundan öz siyasiləşdirilmiş və eqoist məqsədləri üçün istifadə etmək, ondan xoşu gəlməyənləri ləkələmək, təzyiq göstərmək, şantaj etmək üçün "davamlı cəhdlər" etdiyini qeyd edib.
"Biz bu vəziyyətə dözmək niyyətində deyilik, idmançılarımızın hüquqlarını müdafiə etməyə davam edəcəyik və əminik ki, beynəlxalq Olimpiya ictimaiyyəti Olimpiya Xartiyasına və insan hüquqları sahəsində hamılıqla qəbul edilmiş normalara riayət etməyə borcludur" - Zaxarova sözünə davam edib.
O, əlavə edib ki, digərləri "formadan düşdükləri" halda, rusiyalı idmançılar öz ustalıq səviyyələrini artırıblar.
"Buna görə də Rusiya idmançılarını dünya səhnələrindən sıxışdırıb çıxarmaq, Rusiya idmanını və Rusiyanı idman gücü kimi marginallaşdırmaq, dünya idmanını məhv etmək, bu sahədə sırf ABŞ üçün faydalı ilkin şərtlər yaratmaq üçün xüsusi proqram qəbul edilib. Bütün bunlar heç bir kamuflyaj, ya da hər şeyi hansısa şəkildə ört-basdır etmək cəhdi olmadan baş verir... Hər şey açıq şəkildə gedir" - Zaxarova vurğulayıb.