BAKI, 30 fevral — Sputnik. Avropa ölkələri ABŞ-ın iştirakı olmadan Ukraynaya lazımi səviyyədə dəstək verməyə qadir deyillər. Bu sözləri Almaniyanın "ARD" telekanalına müsahibəsində Ukrayna lideri Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Avropanın çoxlu silahı və pulu yoxdur. Ona görə də yardımın eyni səviyyədə qalması ehtimalı azdır.
"Avropa bu günə qədər Ukraynanın aldığı dəstək səviyyəsini təkbaşına saxlaya bilməyəcək" - Zelenski qeyd edib.
O əlavə edib ki, ABŞ-da hazırda təlatümlü vəziyyət müşahidə olunur. Əgər Amerika tərəfi Kiyev rejiminə yardım göstərilməsi proseslərini ləngitməyə başlasa, o zaman vahid Avropa da bunu edəcək.
Eyni zamanda, Zelenski bunun baş verməyəcəyinə ümid edir. O, bir daha müttəfiqləri "üçüncü dünya müharibəsinin qarşısını almaq" üçün "geosiyasi və maliyyə cəhətdən" kömək etməyə çağırıb.
Daha əvvəl bildirilmişdi ki, Macarıstan, demək olar ki, yekdilliklə Ukraynanı dəstəkləməyə qarşıdır. Belə ki, milli sorğunun nəticələrinə görə, iştirak edən milyon yarım sakinin 99%-dən çoxu hərbi yardımın ayrılmasının əleyhinə səs verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.