HƏRBİ

Əlahiddə Ümumqoşun Orduda 2024-cü yeni tədris ili başlayıb - VİDEO

Təntənəli mərasimlərdə çıxış edənlər ötən tədris ilində ümumilikdə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğunu qeyd edib.
Sputnik
BAKI, 30 yanvar — Sputnik. Yeni tədris ilinə hazırlıq zamanı hərbi hissələrdə sıra baxışları keçirilib, bölmələrin maddi-tədris bazaları, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.
Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.
Yeni tədris ilinin başlaması ilə əlaqədar birləşmə və hərbi hissələrdə keçirilən təntənəli mərasimlərdə çıxış edənlər ötən tədris ilində ümumilikdə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğunu qeyd edib və yeni tədris ilində keçirilən məşğələlərdə əsas diqqətin hərbi qulluqçuların bilik və bacarıqlarının daha da artırılmasına, Ordumuzun arsenalında olan müasir silah, texnika, habelə digər döyüş vasitələrinin düzgün istismarı və effektiv tətbiqi qaydalarının öyrədilməsinə yönəldilməli olduğunu bildirərək yeni tədris ilində şəxsi heyətə uğurlar arzulayıblar.
Sonra tribuna önündən təntənəli keçid olub.
Xatırladaq ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.
Keçirilən tədbirlərdə döyüş bayrağı sıra meydanına gətirilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar, müdafiə nazirinin qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə bağlı əmr və tələbləri, eləcə də digər məsələlər şəxsi heyətin diqqətinə çatdırılıb. Yeni tədris dövründə keçirilən təlim və məşqlərin keyfiyyətinin və intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.
Əlahiddə Ümumqoşun Orduda 2024-cü yeni tədris ili başlayıb
Bildirilib ki, qabaqcıl metodlardan və yüksək texnologiyalardan istifadə etməklə qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə cari tədris ilində əsas məqsəd bölmələrin idarəedilməsində operativliyin artırılması, onlar arasında uzlaşmanın təşkili, hərbi qulluqçuların peşəkarlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması üzrə tədbirlər həyata keçiriləcək, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edən bölmələr təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.