BAKI, 30 yan — Sputnik. Yanvar ayında dəm qazından zəhərlənənlərin sayı açıqlanıb.
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə dəm qazı zəhərlənməsi səbəbilə 199 nəfər müraciət edib:
"Onlardan 183 nəfərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb, 16 nəfər Toksikologiya şöbəsinə qəbul olunub".
Xatırladaq ki, ötən həftə Bakının Nərimanov rayonunda iki qardaş kirayədə yaşadıqları evdə dəm qazından boğularaq öldülər. Onlardan biri- Sərxan Həsənov ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü idi. O, 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu.S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.