BAKI, 29 yanvar — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski küçələrdə və digər ictimai yerlərdə vətəndaşlara çağırış vərəqələrini çatdırarkən hərbi komissarlıq nümayəndələrinin güc tətbiq etdiyini etiraf edib.
Ukrayna lideri bu barədə Almaniyanın "ARD" telekanalına müsahibəsində bildirib.
"Bəli, hərbi komissarlıq nümayəndələrinin küçələrdə gəzərək hərbi komissarlığa gəlməyən gəncləri axtarması halları olub. Bu, doğrudurmu? Qətiyyən yox, bunu etməməli idilər. Buna görə də mən hərbçilərimizdən və deputatlarımızdan xahiş etdim ki, onlar bu qanun layihəsini hazırlayarkən orda küçələri gəzən insanların hekayələri olmasın" - Zelenski bildirib.
Ukraynada 2022-ci ilin fevralında ümumi səfərbərlik elan edilib. Bundan sonra tez-tez küçələrdə, mağazalarda, nəqliyyatda, idman zallarında və digər ictimai yerlərdə hərbi yaşda olan kişilərə çağırış vərəqələrinin zorla verilməsi halları qeydə alınıb.
Lvov vilayətində isə iclas zamanı şəhər şurasının deputatlarına orduya çağırış vərəqələri verilib.