BAKI, 29 yanvar - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Fatmayı kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
13.01.24, 21:10
Qubadlıda yenə silah-sursat aşkarlandı
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Azərtac-a verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı rayonun Mahmudlu kəndi ərazisində 1 pulemyot, 1 avtomat, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.