AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident Dənizkənarı Bulvar İdarəsinin sədrini dəyişdi

Prezidentin Sərəncamı ilə Xanlar Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
Sputnik
BAKI, 29 yanvar - Sputnik. Prezident İlham Əliyev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədrinin dəyişməsi ilə bağlı iki Sərəncam imzalayıb.
Sərəncamlardan birinə əsasən İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Prezidentin digər Sərəncamı ilə Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilib.