DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO-nun keçmiş rəhbəri Ukraynada ilə bağlı danışıqların başlanacağını proqnozlaşdırıb

Siyasətçinin fikrincə, Rusiya Krım və Rusiya Federasiyası ilə birlikdə irəliləməyi seçmiş bölgələrin bir hissəsi üzərində nəzarəti saxlayacaq.
Sputnik
BAKI, 29 yanvar — Sputnik. Ukraynadakı vəziyyətlə bağlı danışıqlar 2024-cü ilin sonunda başlaya bilər.
Bu sözləri NATO-nun Avropadakı qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis "Hill" qəzetinin müxbirlərinə müsahibəsində deyib.
Onun fikrincə, ABŞ-da prezident seçkiləri bu prosesin yaxınlaşmasına təsir edəcək.
"İnanıram ki, ilin sonuna doğru […] bizim qarşımızda danışıqlar üçün bir pəncərə açılacaq" – Stavridis deyib.
Eyni zamanda o, danışıqların nəticəsinin necə olacağını ehtimal edib. Siyasətçinin fikrincə, Rusiya Krım və Rusiya Federasiyası ilə birlikdə irəliləməyi seçmiş bölgələrin bir hissəsi üzərində nəzarəti saxlayacaq.
Daha əvvəl bildirilib ki, Moskva problemin siyasi və diplomatik yollarla həlli üçün mənalı təkliflərə açıqdır.