BAKI, 29 yanvar — Sputnik. Hindistan Hərbi Dəniz Qüvvələrinin "Sumitra" patrul gəmisi Somali sahillərində dəniz quldurları tərəfindən ələ keçirilən İran balıqçı gəmisini azad edib. Bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Somalinin şərq sahillərində və Ədən körfəzində antipirat əməliyyatları aparan Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus "Sumitra" gəmisi İran bayrağı altında üzən "İman" balıqçı gəmisinin qaçırılması ilə bağlı xəbərə reaksiya verib. Balıqçı gəmisinə dəniz quldurları daxil olub və onun heyəti girov götürülüb” - məlumatda bildirilir.
Sumitra piratların gəmisinin qarşısını kəsib və quldurları ekipajı sərbəst buraxmağa məcbur edib. Nəticədə qayıqla birlikdə bütün 17 ekipaj üzvünün uğurla azadlığa buraxılmasını təmin edilib.