BAKI, 29 yanvar — Sputnik. Həkim-endokrinoloq Zuxra Pavlova son elmi araşdırmaların həkimlərin erkən inanclarına zidd ola biləcəyini xəbərdar edib.
Bu barədə Rusiya mediası həkimin Radio Spitnik-in efirində söylədiklərinə istinadən xəbər verib.
Onilliklər ərzində insanlara bağırsaqlara faydalı təsirləri və aşağı kalorili olması səbəbindən gecələr qidaya fermentləşdirilmiş süd məhsulları qəbul etmək tövsiyə olunub, lakin indi həkimlər bunu qəti şəkildə tövsiyə etmirlər.
"Uzun müddətdir ki, kefir kimi fermentləşdirilmiş süd içkilərini gecələr içmək tövsiyə olunub. İnsanlar bunu onilliklərdir ki, edirlər, lakin məlum olub ki, yatmazdan əvvəl bu cür məhsulların faydaları sadəcə bir mifdir" - həkim bildirib.
Pavlova vurğulayıb ki, alimlər qlikemik və insulin indeksi kimi terminlərin elmi dövriyyəyə daxil edilməsindən sonra fermentləşdirilmiş südə olan fikirlərini yenidən nəzərdən keçiriblər.
Məlum olub ki, fermentləşdirilmiş süd məhsullarının gecələr müntəzəm qəbulu şəkərli diabet xəstəliyinə tutulma riskini çoxaldır, həmçinin həddindən artıq çəki artımına səbəb olur.
"Rosstat" bu yaxınlarda bildirib ki, 2022-ci ildə Rusiyada 419 mindən çox insanın həddindən artıq çəki artma halı aşkar edillib. Ölkədə həddindən artıq kök olan vətəndaşların sayı hər il 10% artır, eyni zamanda artıq çəkidən xilas olmaq istəyənlərin sayı da çoxalır.