DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin nəsli kəsilməkdə olan Tibet inəklərini uğurla klonlaşdırıb

Embrionlar surroqat inəklərə implantasiya edilib və onlar tam boğaz olandan sonra buzovlar doğulub.
Sputnik
BAKI, 29 yanvar — Sputnik. Çin alimləri ilk dəfə olaraq nəsli kəsilməkdə olan Tibet inəklərini klonlaşdırıblar.
Çinin "Xinhua" xəbər agentliyi bu barədə xəbər verib.
Adətən Çinin cənub-qərbindəki Tibet yüksəkliklərində yaşayan "Zhangmu" və "Apeijiaza" cinslərindən olan dörd erkək buzov doğulub.
"Bu, Tibet mal-qarasının dünyada ilk uğurlu klonlaşdırılması idi" - materialda qeyd edilib.
Dəqiqləşdirilir ki, alimlər klonlaşdırmadan əvvəl iki tibet inəyinin qulaq toxumasını toplayıb, sonra fibroblastlar xətti yaradıblar, daha sonra isə somatik hüceyrə nüvələrinin köçürülməsi yolu ilə klon embrionları əldə ediblər.
Embrionlar surroqat inəklərə implantasiya edilib və onlar tam boğaz olandan sonra buzovlar doğulub.
Daha əvvəl məlumat verilmişdi ki, Çində ilk dəfə olaraq holşteyn inək cinsi, həmçinin Çjuan Çjuan adı verilmiş yarış atı klonlaşdırılıb.