BAKI, 28 yanvar - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nevada ştatında tərəfdarlarının mitinqində bildirib ki, Co Baydenin rəhbərlik etdiyi hazırkı administrasiyanın sərhədin təhlükəsizliyinə dair təklifləri Ukraynaya milyardlarla dollar göndərilərkən qeyri-qanuni mühacirlərin işğalını dayandırmağa kömək etmir.
"Baydenin irəli sürdüyü sərhəd təhlükəsizliyi razılaşması qeyri-qanuni immiqrasiyanın dayandırılması ilə bağlı deyil, Ukraynaya və digər ölkələrə milyardlarla dollar göndərilərkən Amerikaya hücumu davam etdirməkdir", - Tramp deyib.
Trampın sözlərinə görə, sərhədi qorumaq üçün ayrıca qanun layihəsinə ehtiyac yoxdur və qeyri-qanuni immiqrantlarla bağlı vəziyyət “ABŞ üçün ən böyük təhlükədir”.