BAKI, 28 yanvar - Sputnik. Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizədlərin seçki fondlarının gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatı açıqlanıb.
Maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib.
Qeyd edək ki, Seçki Məcəlləsinin 94.3.2-ci maddəsinə əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir. Bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.
İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti 2024-cü il yanvarın 18-dən 28-dək olan dövrü əhatə edib.
13.01.24
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında növbədənkənar prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılması, püşkatma yeri və vaxtının müəyyən olunması məsələsi müzakirə olunub.
APA-nın xəbərinə görə, məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması 2024-cü il yanvarın 15-i başlanılır və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır.
Rövzət Qasımov nəzərə çatdırıb ki, İctimai Televiziyada həftəlik 3 saat ödənişsiz vaxt verilməlidir: “MSK-nın müraciəti əsasında adətən, bundan 2 dəfə çox – 6 saat vaxt verilir. Bu il də bununla bağlı müvafiq olaraq müraciət ediləcək. Prezidentliyə namizədlərlə dünən görüş keçirilib, ödənişsiz efir vaxtı dəyirmi masa formatında olacaq. İctimai Televiziyada ödənişsiz efir vaxtı həftənin bazar ertəsi, çərşənbə və cümə günləri 1 saat olmaqla, saat 21.00-da başlayacaq”.
Növbədənkənar prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşatma komissiyası yaradılıb. Komissiyanın üzvləri MSK üzvləri Qabil Orucov, Fuad Cavadov, Almaz Qəhrəmanlı və MSK-nın Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli olub.
Püşkatma yanvarın 15-də saat 14.00-da MSK-nın binasında keçiriləcək.
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə aşağıda göstərilən media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:
İctimai Televiziya və Radio Yayımları Şirkəti;
"Azərbaycan” qəzeti;
"Xalq qəzeti”;
"Respublika” qəzeti;
"Bakinski raboçi” qəzeti.
Xatırladaq ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. İndiyə qədər MSK 7 nəfərin prezidentliyə namizədliklərini qeydə alıb.
Dekabrın 15-də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) 07 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı etibarlı və dayanıqlı texniki vasitələr ilə təmin edilməsi üzrə yaradılmış işçi qrupunun ilk iclası keçirilib.
Bildirilir ki, XRİTDX, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası, “Delta Telecom” LTD, “Ultel” MMC və R.İ.S.K. şirkətinin nümayəndələrindən ibarət olan işçi qrupunun ilk iclası keçirib.
Verilən xəbərə görə, müzakirələrdə Mərkəzi Seçki Kommisiyası tərəfindən müəyyən ediləcək siyahılara əsasən seçki məntəqələrinin etibarlı, dayanıqlı videokonfrans və rabitə avadanlıqları ilə təmin olunması məsələlərinə baxılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.