BAKI, 28 yanvar - Sputnik. BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin bəzi əməkdaşlarına qarşı HAMAS ilə əlaqəsi olduğu iddialarından sonra BMT təcili tədbirlər görür.
Bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
“BMT agentliyin bir neçə əməkdaşına qarşı son dərəcə ciddi ittihamlardan sonra təcili tədbirlər görür. Birləşmiş Millətlər Təşkilatının Daxili Nəzarət Xidmətləri İdarəsi dərhal araşdırmaya başladı” - baş katibin bəyanatında deyilir.
Quterreşin qeyd etdiyi kimi, bu insidentdə iştirak edən 12 nəfərdən 1-i ölüb, 9-nun şəxsiyyəti müəyyən edilərək işdən çıxarılıb.
“BMT-nin terror aktlarında əli olan hər bir əməkdaşı cinayət təqibi də daxil olmaqla, məsuliyyətə cəlb olunacaq”, - o vurğulayıb.