BAKI, 28 yanvar - Sputnik. “Ermənistan müdafiə sahəsində əlaqələri şaxələndirməyə ehtiyac duyur və bu istiqamətdə irəliləyir”.
“Report” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, müdafiə və təhlükəsizlik sistemləri ilə bağlı köklü inanclar faciəli nəticələrə gətirib çıxardı:
“Ermənistanın müdafiə əlaqələrini şaxələndirməkdən başqa variantı yoxdur. Və biz müasir silahların əldə edilməsi yolu ilə gedirik. Silahların alınması üçün çoxmilyardlı müqavilələr bağlamışıq”.
Qeyd edək ki, Ermənistan əsas silah alışını Rusiyadan edir.