ELM

Marsın ekvatorunda böyük buz yataqları aşkar edilib

Avropa Kosmik Agentliyinin mütəxəssislərinin fikrincə, buz yataqları əriyərsə, qırmızı planetin səthi 1,5-2,7 metr dərinlikdə okeanla örtüləcək.
Sputnik
BAKI, 28 yanvar — Sputnik. Avropa Kosmik Agentliyinin (AKA) mütəxəssisləri Marsda əridiyi təqdirdə bütün planeti okeanla əhatə edəcək nəhəng buz yataqları aşkar ediblər.
Bu barədə AKA-nın rəsmi saytındakı nəşrdə deyilir.
Bildirilib ki, radar siqnallarının təhlili nəticəsində məlum olub ki, planetin ekvatoru yaxınlığında qalınlığı 3,7 kilometr olan buz çöküntüləri var. Alimlərin fikrincə, buz yataqları yüzlərlə metr qalınlığında bərkimiş kül və toz qabığının altında gizlənib.
Avropa Kosmik Agentliyinin mütəxəssislərinin fikrincə, buz yataqları əriyərsə, qırmızı planetin səthi 1,5-2,7 metr dərinlikdə okeanla örtüləcək.
Əvvəllər çinli tədqiqatçılar süni intellektə Mars filizlərindən istifadə edərək oksigen istehsalı üçün zəruri maddələr çıxarmağı öyrətmişdilər ki, bu da Marsın gələcək müstəmləkəçiliyinin əsas problemini həll etməlidir.