BAKI, 28 yanvar - Sputnik. ABŞ prezidenti Co Bayden sələfi Donald Trampı Amerikanın “hazırkı” lideri adlandırıb.
"Tezliklə biz amerikalı istehlakçıların iqtisadiyyata yenidən inamının artacağına dair real sübutlar görəcəyik. Bilirsiniz, bunu daha kim görəcək: Donald Tramp. Keçən gün dediklərinə baxdınızmı? O, iqtisadiyyatın bu il çökməsini istədiyini söylədi. Hazırkı prezident, “Tanrı məni bağışlasın”, Bayden deyib.
Daha sonra Bayden sözünə davam edərək Trampı “keçmiş prezident” adlandırıb və heç bir amerikalının ölkə iqtisadiyyatının çökməsini istəməməli olduğuna işarə edib. Bayden həmçinin bildirib ki, Trampın bəzi şərhləri onu qəzəbləndirib və təmkinini itirdiyinə görə üzr istəyib.