DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da keçmiş hərbçi özünü əlil kimi qələmə verərək 663 min dolları mənimsəyib

Şlulsun bir neçə tanışı da müstəntiqlərə onu heç vaxt əlil arabasında görmədiklərini deyiblər.
Sputnik
BAKI, 28 yanvar - Sputnik. ABŞ-nin Nyu-Hempşir ştatında keçmiş hərbçi, 49 yaşlı Kristofer Ştulz özünü 20 il əlil arabasına məhkum edilmiş şəxs kimi qələmə verib.
Bu barədə “Report” xəbər verir.
Məlumata görə, 2003-cü ildə ordudan ayrıldıqdan sonra Ştulz Veteranların İşləri üzrə Nazirliyə yeriyə bilmədiyini deyib. Ona əlil statusu verilib. Həmin şəxs dövlətdən hər ay 3,8 min dollardan 4,2 min dollara qədər ödənişlər alıb. Beləliklə o, 20 il ərzində 663 min dollar alıb.
“Dələduzluq faktı Ştulz 2021-ci ilin oktyabrında gəzərkən üzə çıxdı - o, Bostondakı veteranlar xəstəxanasını tərk edib. Həmin şəxs əlil arabasından düşüb, onu avtomobilinə qoyaraq getdi”, - xəbərdə deyilir.
Kişi daha sonra ticarət mərkəzində gəzərkən görüntülənib. Şlulsun bir neçə tanışı da müstəntiqlərə onu heç vaxt əlil arabasında görmədiklərini deyiblər.
İndi keçmiş hərbçini 5 ilə qədər həbs gözləyir. Bundan əlavə, ondan qeyri-qanuni yolla əldə edilən bütün pulları qaytarmaq tələb oluna bilər.