CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 27 yanvar - FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - bu barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 27 yanvar - Sputnik. Yanvarın iyirmi yeddisində bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəldi. Bu gün tarixə düşən hadisələr də baş verib.
Yanvarın 27-də kimlər dünyaya gəlib?
Sara Aşurbəyli (1906-2001) - Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor. Azərbaycan ensiklopediyası üçün tarixi mövzularda yüzə yaxın məqalənin müəllifidir.
Sara Aşurbəyli
Ədalət Nəsibov (1939-2017) - Azərbaycanın əməkdar artisti, aşıq. O, 15 yaşında müstəqil çıxış etməyə başlayıb.
Aşıq Ədalət, arxiv şəkli
Ofeliya Aslan (1939-2010) – Azərbaycan teatr və kino aktrisası. O, “Yol qəzası”, “Aktrisanın təbəssümü”, “Xoşbəxt qayğılar” kimi məşhur filmlərdə rol alıb.
Volfqanq Amadey Motsart (1756-1791) - Avstriya bəstəkarı və dirijoru. Boloniya Filarmoniya Akademiyasının bütün tarixində (1770-ci ildən) ən gənc üzvü, həmçinin Qızıl Spur ordeninin ən gənc sahibidir. XVIII əsrin bir çox bəstəkarlarından fərqli olaraq, Motsart öz dövrünün bütün musiqi formalarında işləməklə yanaşı, həm də onlarda böyük uğurlar qazanıb.
Volafqanq Amadey Motsart
Lyuis Karroll (1832-1898) - İngilis yazıçısı, riyaziyyatçısı, filosofu, fotoqrafı. Ən məşhur əsərlər “Alisa möcüzələr ölkəsində” və “Alisa aynanın içindən”, eləcə də “Snarkın ovu” yumoristik poemasıdır.
Yanvarın 27-də dünyada baş verən tarixi hadisələr
1924-cü ildə Moskvada RSFSR Xalq Komissarları Sovetinin və SSRİ Xalq Komissarları Sovetinin ilk sədri Vladimir Leninin dəfn mərasimi keçirilib.
Vladimir İliç Lenin Vsevobuç qoşunlarının 2 illiyini qeyd etmək üçün nitq söyləyir, 25 may 1919-cu il
1926-cı ildə şotlandiyalı ixtiraçı Con Logie Baird Londonda ilk televizoru nümayiş etdirib.
1983-cü ildə Yaponiya Honsyu və Hokkaydo adaları arasında ən uzun sualtı dəmir yolu tunelinin tikintisini başa çatdırıb.
1995-ci ildə ümummilli lider Heydər Əliyev ilk dəfə Dünya İqtisadi Forumunda (ÜİF) iştirak etmək üçün İsveçrəyə gedib.
Rəsul Quliyev, Afiyəddin Cəlilov, Lalə Şövkət, Heydər Əliyev və digər sabiq dövlət nümayəndələri
2005-ci ildə BMT Baş Assambleyası 27 yanvarı - 1945-ci ildə Sovet ordusu tərəfindən Polşanın cənubundakı ən böyük ölüm düşərgəsi Auşvits-Birkenau (Oşvits) tərəfindən azad edildiyi gün - Beynəlxalq Holokostu Anma Günü elan edib.
Böyük Vətən Müharibəsi 1941-1945 Qırmızı Ordu tərəfindən azad edilən Osventsim konsentrasiya düşərgəsinin ölən məhbuslarının dəfn mərasimi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.