BAKI, 27 yanvar — Sputnik. Rusiya Federasiyasının heç vaxt Qərb ölkələrinə hücum planı olmayıb.
Bu sözləri fransız tarixçisi Emmanuel Todd "L'invité" nəşrinə müsahibəsində deyib.
O, Rusiya Federasiyasının hərbi doktrinasının müstəsna olaraq müdafiəyə yönəldiyinə diqqət çəkib. Bu o deməkdir ki, onun digər dövlətlərə qarşı təcavüzü tamamilə istisna olunur.
Eyni zamanda, təhlükə yaranarsa, Rusiya kənarda durmayacaq. Dövlət təhlükə anında taktiki nüvə silahı ilə qabaqlayıcı zərbə endirmək qərarına gəlməyə məcbur olacaq. Bütün bunlar rəsmi sənəddə qeyd olunub.
"Bu ölkənin bütün dünyanı ələ keçirəcəyini söyləmək üçün sən, nə bilim, dəli olmalısan" - Todd sözünü yekunlaşdırıb.
Daha əvvəl bildirilmişdi ki, Qərb ölkələri nümayəndələrinin Rusiyanın guya NATO-ya "hücum etmək" planları ilə bağlı bəyanatları konkret məqsədlə verilir. Beləliklə, Qərb Rusiya Federasiyasına qarşı informasiya müharibəsi aparır.