RUSİYA

“Qazprom Neft” yanacağın ixracına yeni məhdudiyyətlərə ehtiyac görmür

“Rusiya” beynəlxalq sərgi və forumu 2024-cü il aprelin 12-dək Moskvada keçirilir.
Sputnik
BAKI, 27 yanvar - Sputnik. “Qazprom Neft” hazırda Rusiyadan yanacaq ixracına yeni məhdudiyyətlər tətbiq etməyə ehtiyac görmür.
Bu barədə jurnalistlərə “Qazprom Neft”in rəhbəri Aleksandr Dyukov “Rusiya” beynəlxalq sərgi və forumunda Energetika Günü ilə bağlı çıxışında bildirib.
“Qazprom Neft”in rəhbəri Aleksandr Dyukov
Onun sözlərinə görə, hazırda şirkət bazarda təklifin tələbi üstələdiyini müşahidə edir.

“Hazırda biz təklif profisiti görürük, istehsal həcmi istehlak həcmini üstələyir. Buna ehtiyac yoxdur (ixrac məhdudiyyətləri - TASS qeydi)" - şirkət rəhbəri bildirib.

Bir müddət əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak da bildirmişdi ki, birjada benzin və dizelin qiymətinin artması ilə əlaqədar hökumət yanacaq bazarında hər hansı yeni tədbir, o cümlədən ixrac qadağası görməyə ehtiyac görmür.
“Rusiya” beynəlxalq sərgi və forumu 2023-cü il noyabrın 4-dən 2024-cü il aprelin 12-dək Moskvada keçirilir. Tədbir iqtisadiyyatın müxtəlif sahələrində ölkənin ən mühüm nailiyyətlərini nümayiş etdirmək üçün təşkil olunub, Rusiyanın bütün 89 regionu öz ekspozisiyalarını təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.