SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ölkəmizə qarşı sistemli işin arxasında dayanan əsas ölkə Fransadır - Ceyhun Bayramov

XİN rəhbəri Azərbaycanın AŞPA və Fransa ilə münasibətlərini şərh edib.
Sputnik
BAKI, 27 yanvar - Sputnik. Azərbaycan və Fransaarasında münasibətlər ən aşağı nöqtədədir. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Fransa tərəfindən bəzən açıq şəkildə bəyanatlar səsləndirilib, bəzən ölkəmizə qarşı özündə hədə ifadə edən açıqlamalar verilib:

"Tam məsuliyyətlə deyə bilərəm ki, müxtəlif platformalarda ölkəmizə qarşı sistemli işin arxasında dayanan əsas ölkə Fransadır. Azərbaycan buna adekvat cavab verəcək. Biz elə ölkə deyilik ki, bunu cavabsız qoyaq. Dediyim kimi, ölkəmizə qarşı ilk olaraq Fransa addımlar atıb. Nə zaman ki, Fransa səhvini anlayıb alternativ addımlar atarsa, biz də buna uyğun cavab verəcəyik".

Nazir həmçinin AŞPA-nın ölkəmizə qarşı qərəzli və qəbul edilməz mövqeyini qətiyyətlə pisləyib.
C.Bayramov bildirib ki, bu qəzərin əsas səbəbi ölkəmizin öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsidir.

"AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri mövqeyimizi açıq şəkildə ifadə edib. AŞPA-nın ölkəmizdəki proseslərlə bağlı müxtəlif rəyləri hər zaman mövcud idi, buna da adekvat cavablar verilirdi. Lakin bu işçi proses sistemli şəkildə təşkil olunmuşdu".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.