RUSİYA

Leninqradın işğaldan azad edilməsinin 80-ci ildönümündə 56 min veterana müavinət verilib

Yanvarın 27-si Rusiya Federasiyasında Leninqradın faşist blokadasından tam azad edilməsi günü kimi qeyd olunur.
Sputnik
BAKI, 27 yanvar - Sputnik. Rusiyada Sosial Fond Leninqradın faşist blokadasından tam azad edilməsinin 80 illiyi ilə bağlı 56 min Böyük Vətən Müharibəsi veteranına müavinət ödəyib. Bu barədə TASS quruma istinadən xəbər verir.
Hər il yanvarın 27-də Rusiya Federasiyasında Leninqradın faşist blokadasından tam azad edilməsi günü (1944) qeyd olunur.
“Bu möhtəşəm tarixin 80 illiyi münasibətilə Rusiya, Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Baltikyanı ölkələrdə yaşayan 56 min veterana Sosial Fonddan 50 min rubl (təqribən 564 ABŞ dolları - red.) məbləğində yubiley ödənişi verilib. Leninqradın mühasirəsi hər gün yaşamaq uğrunda mübarizə, dostluq, mərhəmət və qorxmaz qəhrəmanlıqla dolu olan xalqımızın mətanətinin, birliyinin və ruhunun əyilməzliyinin simvoluna çevrilib”, - Sosial Fondun sədri Sergey Çirkovun sözləri sitat gətirilir.
Prezidentin sərəncamına əsasən, “Leninqradın müdafiəsinə görə” medalı və ya “Leninqradın mühasirəsinin sakini” döş nişanı ilə təltif edilmiş şəxslərə birdəfəlik müavinət verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.